Yaşıl Dəhliz buraxılış sistemi

"Yaşıl Dəhliz" buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.



"Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət forması

"Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının doldurulma qaydaları


"Yaşıl dəhliz"  buraxılış sistemi nəyə xidmət edir?

  1.  Daha əlverişli biznes mühiti 
  2.  Daha sürətli sərhəd keçidi
  3.  Daha yüksək ixrac potensialı
  4.  Daha çevik və şəffaf gömrük nəzarəti
  5.  Qanunvericiliyə könüllü riayət

"Yaşıl dəhliz" buraxılış sistemindən hansı şəxslər istifadə edə bilər?

  1. Aşağı risk qrupuna aid olan
  2. Son 1 ildə idxal əməliyyatı olan (idxal əməliyyatları üçün)
  3. Gömrük orqanlarının elektron xidmətlərindən istifadə imkanları olan
  4. Daşımaları beynəlxalq standartlara cavab verən
  5. Tələblərə cavab verən malların saxlancı üçün anbar sahəsinə malik olan (idxal əməliyyatları üçün)
  6. Qaçaqmalçılıq və gömrük ödənişlərdən yayınma ilə hüquqpozmaları olmayan

"Yaşıl dəhliz" buraxılış sisteminə buraxılış proseduru 3 pillədə:

  • Şəxslər elektron qaydada Dövlət Gömrük Komitəsinə müraciət ünvanlayır
  • Dövlət Gömrük Komitəsi müraciəti 1 ay müddətində yoxlayır
  • Şəxsə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilir

** "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

"Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı



"Yaşıl dəhliz" buraxılış sistemi xarici ticarət iştirakçılarına hansı üstünlükləri verir?

Ümumi üstünlüklər:
  • Sərhəd buraxılış məntəqələrindən prioritet keçid
  • Gömrük xidmətlərindən istifadə zamanı prioritetlik
  • Mimimum fiziki yoxlamalar
  • Gömrük ekspertizasının prioritet qaydada aparılması
  • Gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması
  • Xarici ticarət üzrə təlimlərdə iştirak

Spesifik üstünlüklər:
  • İdxal olunan malların şəxsin anbarına birbaşa aparılması və gömrüyə gəlmədən malların boşaldılması
  • Gömrüyə gəlmədən malların ixracının birbaşa öz anbarından həyata keçirilməsi


"Yaşıl dəhliz" buraxılış sisteminin daimi istifadəçisi nə etməlidir?

  • İdxal olunan mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən 1 (bir) saat əvvəl qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmalıdır
  • Malların şəxsin anbarına çatmasını təsdiq edən elektron bildiriş gömrük orqanına dərhal göndərilməlidir
  • İxrac olunan mallar və nəqliyyat vasitələri barədə 1 (bir) saat əvvəl gömrük bəyannaməsi elektron qaydada gömrük orqanına təqdim olunmalıdır
  • Gömrük borcunun ödənilməsi üçün təminat verilməlidir