Azərbaycan gömrüyü Avrasiyanın mədəniyyət müxtəlifliyinin astanasında
22-Avqust-2009 507
Azərbaycan gömrüyü Avrasiyanın mədəniyyət müxtəlifliyinin astanasında
 
27 yanvar, 2007-ci il Dövlət Gömrük Komitəsinin 15-ci ildönümü ərəfəsində, Bakı şəhəri, Azərbaycanın paytaxtında Azərbaycan gömrük muzeyinin yaradılmasında görülən işlər başa çatdırıldı.
Gömrük Tarixi Muzeyində ekspozisiyanın əsas hissəsini gömrük əməkdaşları tərəfindən müsadirə edilmiş mədəniyyət və tarixi incəsənət əsərləri təşkil edir.
400-dən çox eksponata XIX-XX əsrlərə aid zərgərlik əşyaları və xalça kolleksiyası, qədim Roma və Bizans imperiyalarının, Səfəvilər dövlətinin sikkələri, XIX-XX əsrlərə aid Quran əlyazmaları, ikonalar, zərif üsulla hazırlanmış əfqan və hind mənşəli xəncərlər və qılınclar daxildir.
1997-2008-ci ilədək Xalçaçılıq Muzeyinə, Şirvanşahlar Sarayına, Elmlər Akademiyasının İnstitutlarına, Qafqaz Müsəlmanları Ruhani İdarəsinə, respublikamızın ərazisində mövcud olan Pravoslav və Katolik kilsələrinə, yəhudi dini icmalarına 800-ə yaxın XIX-XX əsrlərə aid incəsənət əsərləri, elmi və dini ədəbiyyatlar, eksponatlar təqdim edilmişdir.
Bu gün Gömrük Tarix Muzeyi aktiv fəaliyyət göstərir. Belə ki, 2-3 fevral 2006-cı ildə «Narkomaniya və narkotik vasitələrin yayılmasına qarşı mübarizədə ümumdünya gömrük sisteminin rolu» mövzusuna həsr edilmiş plakatların sərgi-müsabiqəsi keçirilmişdir.
2007-ci il Bakıda «Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə», 13-15 fevral 2008-ci ildə Brüsseldə «Azərbaycan gömrüyü mədəni irsin keşiyində» və 8-23 fevral, 2008-ci ildə Cenevrədə Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında sərgilər keçirilmişdir.
Gömrük tarixinin əsas fəaliyyət istiqamətləri 2007 zəngin tərtibatla nəşr edilmiş - «Azərbaycan gömrüyü mədəni irsin keşiyində», «Azərbaycan gömrüyü tarixi təsviri sənətdə», «Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik» adlı kitablarda və «Azərbaycan gömrüyü mədəni irsin keşiyində» kompakt disk şəklində sənədli filmlər toplusunda öz əksini tapmışdır. Gömrük Tarixi Muzeyi 2007-ci ilin iyun ayında Beynəlxalq Tarixi Muzeyi Assosiasıyasına (ICOM), 2008-ci ilin sentyabr ayında isə Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasına (İACM) üzv seçilmişdir.
Gömrük tarix muzeyinin əsas nailiyyətləri qarşıdadır...