Külli miqdarda siqaret və qaz balonları aşkar edilib
17-Mart-2017 236

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşı ilə idarə etdiyi "VAZ 21063" markalı avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı əşyanın olub olmaması barədə sorğu-sual aparılıb. Həmin şəxs gömrükçülərə idarə etdiyi avtomobildə gömrük nəzarətinə bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirirb. Qanunvericiliyə uyğun olaraq avtomobildə aparılan gömrük yoxlaması zamanı isə gömrük orqanına yazılı və ya şifahi şəkildə bəyan edilməyən 13 min 600 ədəd siqaretlər və 7 ədəd qaz balonu aşkar edilib.

Belə ki, avtomobilin mühərrik yerindən, ayaqaltılarının, ön və arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən, aksiz markası ilə markalanmayan, qutularının üzərində "Parliament" sözü yazılan 11000 min ədəd,qutularının üzərində "Marlboro" sözü yazılan 2 000 ədəd və qutularının üzərində "LD" sözü yazılan 600 ədəd siqaretlər, nəqliyyat vasitəsinin yük yerindən və arxa oturacağın üzərindən gömrük orqanına bəyan edilməyən, qutusunun üzərində "Dupont Freon R 22" yazısı olan 7 ədəd kondisionerlərdə istifadə eilməsi nəzərdə tutulan qaz balonları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti