23 ədəd mobil telefon aşkar edildi
19-Aprel-2017 113

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasityəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki sərnişinin çantasından gömrük orqanına bəyan edilməyən 3 ədəd "Samsung Galaxy J1", 4 ədəd "Samsung Galaxy J1 mini Prime", 9 ədəd "Samsung Galaxy J1 Ace", 5 ədəd "Samsung Galaxy J2", 2 ədəd "Samsung Galaxy J3" markalı, ümumilikdə 23 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti