5600 ədəd siqaret aşkar edilib
19-Aprel-2017 181

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 5600 ədəd "Golden gate" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti