Avtomobildə külli miqdarda aksiz markasız siqaret aşkar olunub
15-İyul-2017 114

Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumata əsasən, Astara Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Cavid Əliağa oğlunun idarə etdiyi "VAZ 21154" markalı, "07BG887" nömrəli nəqliyyat vasitəsi Astara şəhəri ərazisində saxlanılıb.

Həmin nəqliyyat vasitəsinə baxış zamanı, Azərbaycan Respublikasının vətəndaşları - Hüseynov Cavid Əliağa oğlu və Kərimov Paşa Əbdülrəhman oğluna məxsus, gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilmiş, üzərində aksiz markası olmayan 18.200 ədəd qutu filtrli siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti