Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı
17-İyul-2017 190

Bu gün bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasından Gürcüstan Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşının Gürcüstan gömrükçüləri tərəfindən saxlanıldığı və yoxlama zamanı onun avtomobilindən ümumi dəyəri 61 000 ABŞ dolları təşkil edən 2.5 kq qızıl məmulatları aşkar edildiyinə dair məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycan Respublikası vətəndaşı Rəhman Şirinov VAZ-21 723 markalı 45 BX 890 dövlət nömrə nişanlı avtomobili ilə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına deyil Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gəlmək istəyərkən qonşu ölkənin gömrükçüləri tərəfindən saxlanılıb.

DGK Mətbuat Xidməti