Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı
12-Avqust-2017 403

Həftənin istirahət günləri ilə əlaqədar olaraq Azərbaycan-Gürcüstan sərhəddində sərnişinlərin və nəqliyyat vasitələrinin sayinda artım müşahidə olunduğundan bu gün səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsinin aidiyyati qurumları hazırda gücləndirilmiş iş rejimində çalışaraq gömrük postunda keçidlərin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirir və yaxın bir neçə saat ərzində yaranmış nisbi sıxlıq tam aradan qaldırılacaq.

DGK Mətbuat Xidməti