Qızıl-zinət əşyalarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısı alınıb
06-Oktyabr-2017 209

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətinə bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın çantasına təkrar yoxlama keçirilib.

Yoxlama zamanı, vətəndaşa məxsus əl çantasının içində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağıüzərində yazılı formada bəyan olunmayan 1 ədəd qolbaq-sırğa-üzük-kulon dəsti və 1 cüt sırğa aşkar edilib.

Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama nəticəsində 1 cüt sırğa, 6 ədəd qolbaq, 2 ədəd üzük, 3 ədəd boyunbağı aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 175,4 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti