Külli miqdarda xarici valyutanın ölkədən qanunsuz yolla aparılmasına cəhdin qarşısı alınıb
13-Oktyabr-2017 239

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Bakı-Tehran aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı gömrük nəzarətindən "yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl yükündə olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük orqanına təqdim etməmişdir.

Vətəndaşın hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb və təkrar yoxlamaya dəvət olunub. Yoxlama zamanı, vətəndaşın çamadanının icərisində, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 950 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 95.000 ABŞ dolları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti