Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkar edildi
13-Aprel-2018 677

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin Sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib. Nəticədə, vətəndaşın düz bağırsağında cəmi 4 ədəd bükümdə olmaqla, xalis çəkisi 99,869 qram narkotik vasitə - heroin və xalis çəkisi 31,686 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti