Avtomobildə gömrükdən gizlədilən mobil telefonlar aşkar edildi
03-Avqust-2018 278

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Samur" gömrük postunda Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Astra" markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ön şüşəsilənlərinin alt hissəsindəki boşluqda, qutuları və aksesuarları ("qulaqcıq"lar, adapterlər) ilə birlikdə 2 ədəd "Samsung Galaxy A3" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti