Aparatın strukturu
Yusifbəyova Zibeydə Qurbanəli qızı
Yusifbəyova Zibeydə Qurbanəli qızı
Mühasibat və uçot şöbəsi, Gömrük xidməti polkovniki

1956-cı ildə Şəki şəhərində anadan olmuşdur.

1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir.

1973-cü ildə SSRİ Yazıçılar İttifaqının Müəllif Hüquqlarının Müdafiəsi Agentliyinin Azərbaycan bölməsində mühasib və inspektor vəzifəsində işə başlamışdır.

1974-1978-ci illər ərzində "Gənclik" nəşriyyatında mühasib işləmişdir.

1978-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunda mühasib, 1982-ci ildən həmin İnstitutun Meşə Torpaqlarının Coğrafiyası şöbəsində laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, 1993-cü ildən isə elmi işçi vəzifəsində işləmişdir.

1994-cü ildə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Respublika və xarici ölkə mətbuatında 25 elmi məqalə və tezisləri Azərbaycan, Rus və İngilis dillərində çap olunmuşdur.

1999-cu ildən Dövlət Gömrük Komitəsinin Mühasibat və Uçot şöbəsində baş inspektor, 2006-cı ildən isə həmin şöbənin rəisi vəzifəsində işləyir.

2008-ci ildə gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və 2009-cu ildə Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə "Gömrük orqanlarında qüsursuz xidmətə" görə III dərəcəli döş nişanı ilə təltif olunmuşdur.

Telefon:
+99412 404-22-90

Fax:
zibeyde.yusifbeyova@customs.gov.az