Aparatın strukturu
Əliyev Qambay Rüstəm oğlu
Əliyev Qambay Rüstəm oğlu
"Azərterminal kompleks" Birliyi, gömrük xidməti general –mayoru

1961-ci il yanvarın 1-də Bakı şəhərində anadan olmuşdur.1978-1983-cü illərdə M.Əzizbəyov adına Neft Kimya Akademiyasında kimya –texnologiya mühəndisliyi üzrə təhsil almışdır.

Əmək fəaliyyətinə 1982-ci ildən başlamışdır.Neft Kimya İnstitunda komsomol bürosunun katib müavini, mühəndis, kiçik elmi işçi, elmi texniki laboratoriyada sektor müdiri, baş elmi işçi, 1995-ci ildən Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarəti Təşkilinin Baş İdarəsində rəis, Bakı Baş Gömrük İdarəsi sərnişin şöbəsinin rəisi, 2000-ci ildən hal-hazıra qədər "Azərterminalkompleks" THXİB-nin direktoru vəzifəsində çalışır.

Kimya elmləri namizədidir, 73 elmi məqalə, 2 dərslik, 2 braşur, 1 patent və 10 müxtəlif şəhadətnamə müəllifidir.

Evlidir, 2 övladı var.

Telefon:
+994 12 447-81-00

Fax:
+994 12 447-81-00

Email:
qambay.aliyev@customs.gov.az