Aparatın strukturu
Əliyev Aydın Əli oğlu
Əliyev Aydın Əli oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki

1957-ci il mayın 28-də Bakı şəhərində anadan olub.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlamışdır.

1980-1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Ali Məhkəmədə şöbə rəisi vəzifələrində çalışmışdır.

1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi işləmişdir.

1999-cu ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Gömrük Komitəsi Sədrinin birinci müavini vəzifəsində işləmişdir.

2006-cı ilin fevral ayından Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

Telefon:
+99412 404-22-01

Fax:
+99412 404-22-52

Email:
chairman@customs.gov.az

Qəbul günləri:
Hər ayın axırıncı cümə günü