Aparatın strukturu
Rəşad Zalov Oruc oğlu
Rəşad Zalov Oruc oğlu
İstintaq İdarəsinin rəisi, Gömrük xidməti polkovniki

18 mart 1980-ci ildə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olub.

1986-1996-cı illərdə orta məktəbi bitirib.

1996-cı ildə Türkiyə Respublikası Ankara Polis Akademiyasına qəbul olub və 1997-ci ildən təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində davam etdirib.

2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra Daxili İşlər orqanlarına işə qəbul olunub.

2000-2003-cü illərdə Nəsimi rayon Polis İdarəsində əməliyyat müvəkkili, Bakı Baş Polis İdarəsində əməliyyat müvəkkili, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində Yol Patrul Xidməti şöbəsində inspektor işləyib.

2003-cü ilin aprel ayından Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində müstəntiq, baş müstəntiq, 2009-cu ildən həmin idarənin rəis müavini vəzifələrində işləmişdir. 2015-ci ildə Bakı Baş Gömrük İdarəsinin gömrük rəsmiləşdirməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir.

Dövlət Gömrük Komitəsi sədrinin 10 iyul 2017-ci il tarixli əmri ilə İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.


Telefon:
994124042200 dax: 5500

Qəbul günləri:
çərşənbə