Rəhbərlik
Abdullayev Əsgər Həsən oğlu
Abdullayev Əsgər Həsən oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı

1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur.

1985-ci ildə Kiyev İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir.

1985-1996 –cı illərdə Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində işləmişdir.

1996-2006-cı illərdə Azərbaycan Dövlət Gömrük Komitəsində İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləmişdir.

2006-cı il iyunun 21-dən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.

Telefon:
+99412 404-22-03

Fax:
+99412 404-22-52

Email:
asker.abdullayev@customs.gov.az

Qəbul günləri:
Hər ayın II və IV həftəsinin çərşənbə axşamı