E L A N



   Azərbaycan Respublikasının ərazisinə müvəqqəti qaydada nəqliyyat vasitəsi gətirən şəxslərin nəzərinə: Müvəqqəti qaydada gətirdiyiniz nəqliyyat vasitəsini müəyyən olunmuş müddət ərzində geri qaytarmalısınız. Nəqliyyat vasitəsini geri qaytarmadan ölkə ərazisini tərk etmək üçün onu Bakı şəhəri üzrə Avtonəqliyyat Baş Gömrük İdarəsində, Bakı şəhərindən kənarda isə öz seçiminiz əsasında istənilən ərazi gömrük orqanında gömrük nəzarəti altında yerləşdirməlisiniz. Nəzərə alın ki, nəqliyyat vasitəsini geri qaytarmadan və ya gömrük nəzarəti altında yerləşdirmədən ölkə ərazisini tərk etmək istədikdə, sərhəddən buraxılmayacaqsınız.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi .