Mobil telefonlar və enerjiyığma cihazları aşkarlandı
08-İyul-2019 206

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları külli miqdarda mobil telefonların və elektron əşyalarıqanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 4 ədəd yaddaş kartı gətirdiyini bəyan edib.

Lakin yoxlama zamanı vətəndaşa məxsus əl çantasından bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 4 ədəd "İphone" və sellofan paketin içərisindən 1 ədəd "İphone XS MaX Silver 256GB" markalı mobil telefonlar, karton qutunun içərisindənşəxsi əşyaların arasından isə 5 ədəd portativ enerjiyığma cihazı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi