Avtomobildə gizlədilən xeyli miqdarda papiroslar aşkarlandı
11-İyul-2019 229

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun Rusiya Federasiyası istiqamətindən idxal gömrük nəzarət xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21110" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 1375 ədəd "Belomorkanal" papirosları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi