Avtomobildə pirotexniki vasitələr aşkarlandı
17-Oktyabr-2019 228

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Ford transit" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sürücü ilə sərnişin kabinlərinin arasında - xüsusi düzəldilən gizli saxlanc yerindən 1600 ədəd üzərində "Mega Piratka" yazılan pirotexniki vasitə, 804 ədəd üzərində "Magical Candle" və 60 ədəd üzərində "Roman Candle" yazılan fişənglər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi