Mobil telefonlar aşkarlandı
01-Noyabr-2019 260

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları mobil telefonlarıqanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Qırmızı Kanal" buraxılış sistemindən istifadə edərək əşyalarını rentgen aparatından keçirdikdən sonra saxlanılaraq yoxlama otağına dəvət olunub. Şəxsi yoxlama zamanı üzərindəki köynəyin sol və sağ qollarının altından, hər birində 2 ədəd olmaqla sellofan paketə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən 4 ədəd "İphone 11 Pro 256 GB" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi