Xeyli miqdarda məişət cihazları və avadanlıqlar aşkarlandı
20-Noyabr-2019 501

Gömrükçülər xeyli miqdarda məişət cihazları və avadanlıqlarının aldatma yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Qərb Ərazi Baş Gömrük İdarəsində 54YE203/54YE204 dövlət nömrə nişanlı yük avtomobilinə gömrük baxışı keçirilib. Yoxlama zamanı sürücünün təqdim etdiyi yük-müşayiət sənədləri ilə nəqliyyat vasitəsindəki sənədlər arasında yükün çəkisi ilə bağlı 2699 kq uyğunsuzluq yaranıb. Bu səbəbdən avtomobilin yükü boşaldılıb və müəyyən olunub ki, daşınan yüklərin sayı düzgün bəyan edilməyib.

Sənədlərdə aspirator yükü 2 adda 492 ədəd bəyan edilməsinə baxmayaraq nəqliyyat vasitəsinin yük yerində aspirator yükü 4 adda 854 ədəd, qaz sobaları 3 adda 370 ədəd bəyan edildiyi halda 6 adda 600 ədəd, eləcə də düzgün bəyan edilməyən alüminium borular, rezin araqatlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi