Avstriyada "Narkotiklərə yox deyək" adlı sərgi keçirilmişdir
29-Mart-2011 783

Martın 21-dən 25-dək Avstriya Respublikasının Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının Narkotik Vasitələr Komissiyasının 54-cü sessiyası və qeyd olunan sessiya çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Vyana Beynəlxalq Mərkəzinin əsas foyesində, “Rotunda” zalında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş plakat, foto və digər incəsənət əsərlərindən ibarət “Narkotiklərə yox deyək” adlı sərgi, eyni zamanda Avstriya Respublikasının Federal Maliyyə Nazirliyinin Dövlət Katibi cənab Reynhold Lopatkanın təklifi ilə Vyana Beynəlxalq Hava limanında narkotiklərin və pul nominantlarının tapılmasında gömrük xidməti itlərinin tətbiqi ilə bağlı tədbir, martın 29-30 tarixlərində isə Lüksemburq Böyük Hersoqluğunda Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir. Tədbirlərdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.