Kütləvi informasiya vasitələri nümayəndələrinin nəzərinə!
22-Noyabr-2019 271

Noyabrın 26-da saat 11:00-da Dövlət Gömrük Komitəsinin inzibati binasında (İnşaatçılar pr.2) DGK rəhbərliyinin iştirakı ilə "2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında iştirak etmək istəyən kütləvi informasiya vasitələrinin nümayəndələrindən Dövlət Gömrük Komitəsinin rəsmi internet saytında (https://customs.gov.az/az/komite/events/upcoming-events/metbuat-konfransi/#) və ya 012-404-22-00 (daxili: 0134) nömrəsinə zəng edərək qeydiyyatdan keçmələri xahiş olunur.

Mətbuat konfransında yalnız qeydiyyatdan keçən jurnalistlərin iştirakı təmin olunacaq.

Qeyd: Mətbuat konfransında iştirak etmək üçün qediyyatdan keçən jurnalistlərnoyabrın 26-da saat 10:30-da girişdə şəxsiyyəti təsdiq edən sənədi və ya təmsil etdikləri media qurumu tərəfindən verilən jurnalist vəsiqəsini mütləq surətdə təqdim etməlidirlər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi