Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobilin baqajında pirotexniki vasitələr aşkarlanıb

Avtomobilin baqajında pirotexniki vasitələr aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz -21063" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Bu zaman minik maşınının baqajında 22 ədəd üzərində "Airpods" yazılan qulaqlıq, 29 ədəd üzərində "Fast Charger" yazılan, 200 ədəd üzərində "SP 1007" yazılan və 100 qutu üzərində "KO201" yazılan pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Dekabr 2019 00:00
195