Avtomobildə gizlədilən pirotexniki vasitələr aşkarlandı
09-Dekabr-2019 332

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "VAZ-21074" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobilin arxa və ön qaplarının içərisində ümumilikdə 30120 ədəd üzərlərində "Petards" və "Mega" yazılan pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi