Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

6260 ədəd fişəng və pirotexniki vasitələr aşkarlanıb (FOTO, VİDEO)

6260 ədəd fişəng və pirotexniki vasitələr aşkarlanıb (FOTO, VİDEO)

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə "Ford Fusion" markalı, nəqliyyat vasitəsində istifadəsi yüksək səs-küyə səbəb olan fişəng və pirotexniki vasitələrin daşınmasına dair əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında Bakı şəhəri, "Sədərək" ticarət mərkəzinin "Şirniyyat" adlanan hissəsində dayanmış "Ford Fusion" markalı nəqliyyyat vasitəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində və salonunda karton qutuların içərisində 6260 ədəd fişəng və pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Dekabr 2019 00:00
195