Bayram günlərində Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
29-Dekabr-2019 475

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin sərəncamına əsasən qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, yarana biləcək sıxlığın qarşısının alınması, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi