Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dərman preparatları və müxtəlif mallar aşkarlanıb

Dərman preparatları və müxtəlif mallar aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn "Mercedes Benz Travego 17 SHD" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı o, nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı onun idarə etdiyi avtomobilin salonunda gömrük orqanlarına bəyan olunmamış müxtəlif adda 930 kapsul dərman preparatları, 4 ədəd üzərində "Smart connect", 5 ədəd "Upi watch" yazısı olan qol saatları, müxtəlif kosmetik əşyalar və sənaye malları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Fevral 2020 00:00
195