Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Külli miqdarda aksiz markası olmayan siqaretlər və spirtli içkilər aşkarlanıb (FOTO, VİDEO)

Külli miqdarda aksiz markası olmayan siqaretlər və spirtli içkilər aşkarlanıb (FOTO, VİDEO)

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda aksiz markasız siqaretlərin və müxtəlif növ alkoqollu içkilərin realizə edilməsinin qarşısını alıblar.

Belə ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə məhkəmənin qərarı ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Baxış zamanı həmin mənzilin yataq otağından Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 46100 ədəd müxtəlif markalı siqaretlər, mənzilin eyvanından isə 25 ədəd hər biri 1 litr olmaqla müxtəlif markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Fevral 2020 00:00
195