Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

IV Beynəlxalq Qış məktəbinin iştirakçıları Bakı Ali Neft Məktəbində olublar

IV Beynəlxalq Qış məktəbinin iştirakçıları Bakı Ali Neft Məktəbində olublar

Fevralın 7-də IV Beynəlxalq Qış məktəbinin iştirakçıları Bakı Ali Neft Məktəbində (BANM) olublar.

Bakı Ali Neft Məktəbinin konfrans zalında keçirilən təqdimat mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Təqdimat zamanı Bakı Ali Neft Məktəbinin yaranması, qəbul qaydaları və tədris prosesi haqqında məlumat verilib.

IV Beynəlxalq Qış məktəbi iştirakçıları universitetin maddi-texniki bazası ilə tanışlıq zamanı kimya mühəndisliyi, emal sənayesi, proseslərin avtomatlaşdırılması ixtisasına aid olan-lay mühəndisliyi, separasiya laboratoriyaları, kitabxana və idman zalına baxış keçiriblər.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Qış məktəbi fevralın 12-dək davam edəcək.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Fevral 2020 00:00
195