Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mobil telefon və aksesuarları aşkarlanıb

Mobil telefon və aksesuarları aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes Benz S 430" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin oturacaqlarının arxa hissəsindəki gizli saxlanc yerlərindən 16 ədəd "İphone 11", 1 ədəd "İphone 11 Pro", 4 ədəd "İphone 11 Pro Max" markalı mobil telefon və 21 ədəd aksesuarları ilə birlikdə telefon qutuları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 Fevral 2020 00:00
195