Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici markalı siqaretlər, dərman preparatları və spirtli içkilər aşkarlanıb

Xarici markalı siqaretlər, dərman preparatları və spirtli içkilər aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 6000 ədəd müxtəlif markalı siqaretlərin, 3 ədəd spirtli içki və 53 qutu müxtəlif markalı dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

 

Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşını idarə etdiyi "Mercedes Benz 1844", Azərbaycan Respublikası vətəndaşının isə idarə etdiyi "Mercedes Benz 1840 LS" markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 3 ədəd spirtli içki, 6000 ədəd "Marlboro" markalı siqaretlər, 6 adda, 53 qutu dərman preparatları və 10 ədəd tibbi ləvazimatlar aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 May 2020 00:00
195