Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Qəlyan üçün tütün məmulatları aşkarlanıb

Qəlyan üçün tütün məmulatları aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Actros" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan döşəyin altında, tavan hissəsində 88 ədəd 125 qramlıq "Musthave" markalı qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 May 2020 00:00
195