Avtomobillərdə mobil telefonlar və dərman preparatları aşkar edilib
06-İyul-2020 341

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların və dərman preparatlarının qanunsuz yolla ölkəmizə gətirilməsinin qarşısını alıblar.

Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "DAF" və " Volvo" markalı yük nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 7 ədəd "İPhone 11 64 GB", 3 ədəd " İPhone 11 Pro Max 64 GB", 2 ədəd " İPhone 11 Pro 256 GB" markalı mobil telefonlar və 2500 kapsul dərman preparatı aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi