Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb

Tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə tütün məmulatlarının ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Hər üç fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən ölkəmizə daxil olan "DAF", "Mercedes-Benz 1840 LS" və "Mercedes-Benz Actros" markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 6160 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Hər üç faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Avqust 2020 00:00
195