Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Siqaretləri ehtiyat təkərinin içərisində keçirməyə cəhd etdi

Siqaretləri ehtiyat təkərinin içərisində keçirməyə cəhd etdi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda xeyli miqdarda siqaretlərin gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Gürcüstan istiqamətindən gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Kamaz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin ehtiyat təkərinin içərisində gömrük nəzarətindən gizlədilən 13160 ədəd "Marlboro double mix", 5720 ədəd "Parliament Silver Blue" və 1440 ədəd "Parliament Carat", ümumilikdə 20 320 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Avqust 2020 00:00
195