Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Tütün və tibbi məmulatlar aşkar edilib

Tütün və tibbi məmulatlar aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə xeyli miqdarda tütün və tibbi məmulatların qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, "Samur" gömrük postuna Rusiya Federasiyasından daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "MAN" markalı yük avtomobili saxlanılıb.

Baxış zamanı həmin avtomobilin kabinəsində cihazlar panelinin alt hissəsində olan boşluqda gömrük nəzarətindən gizlədilmiş, sürücü oturacağının üst hissəsində olan çəkməcədə və avtomobilin qoşqusunda əşyalar qoymaq üçün nəzərdə tutulmuş sandıqda gömrük nəzarətinə bəyan olunmayan 800 ədəd xarici markalı siqaret, 80 ədəd papiros, 20 ampul və 90 həb müxtəlif adda dərman preparatları, 30 ədəd kosmetik vasitələr, 2773 ədəd stomatoloji məhsullar, 20960 ədəd tibbi ləvazimatlar, 162 ədəd metal qıfıl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Sentyabr 2020 00:00
195