Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mobil telefonlar və aksesuarları aşkarlanıb

Mobil telefonlar və aksesuarları aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan edilməyən 8 ədəd "İphone 12 Pro" markalı mobil telefonlar, 6 ədəd həmin telefonlar məxsus boş qutu və USB kabel aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Mart 2021 00:00
195