Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Saxta möhürlərin müəyyənləşdirilməsi mövzusunda təlim keçirilib

Saxta möhürlərin müəyyənləşdirilməsi mövzusunda təlim keçirilib

Mayın 4-də dəniz konteynerləri və yük maşınları üçün saxta möhürlərin müəyyənləşdirilməsi mövzusunda onlayn təlim keçirilib.Tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil edilib.Təlimə Dövlət Gömrük Komitəsi Aparatından, eləcə də Astara və Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postlarından adıçəkilən Proqram üzrə təyin olunmuş nəzarət qruplarının üzvləri və milli əlaqələndirici şəxs qatılıb.Gömrükçülər qanunsuz malların (narkotik vasitələr, kimyəvi maddələr və onların prekursorları, odlu silah və s.) ticarəti ilə əlaqədar gömrük nəzarəti zamanı qaçaqmalçılıq təhlükəsini minimuma endirməklə bağlı bilgiləndirilib, onlarla təcrübə mübadiləsi aparılıb.Xatırladaq ki, Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın məqsədi hökumətlərə qlobal ticarət zəncirinin təhlükəsizliyini artırmağa və qanuni ticarəti asanlaşdırmağa kömək etməkdir. Bu, mərhələli şəkildə dəniz və quru, eləcə də hava limanlarında yük daşımalarının profilləşdirilməsi üzrə bölmələrin yaradılması yolu ilə həyata keçirilir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 May 2021 00:00
195