Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobillərdə siqaretlər aşkarlandı

Avtomobillərdə siqaretlər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda ölkəmizə gələn "DAF", "Volvo" və 2 ədəd "Mercedes Benz" markalı yük avtomobilləri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

Bu zamanı onlar idarə etdikləri yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.

Lakin yoxlama zamanı avtomobillərdə gömrük nəzarətindən gizlədilən, ümumilikdə 8300 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 Avqust 2021 00:00
195