Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobillərdə siqaret, dərman və civə aşkar edildi

Avtomobillərdə siqaret, dərman və civə aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 7 fakt üzrə tütün məmulatlarının, dərman preparatlarının və kimyəvi maddənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF", 3 ədəd "Mercedec Benz" və 3 ədəd "Scania" markalı nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunublar.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 11 400 ədəd müxtəlif markalı siqaret, 22 qutu dərman və 138 qram civə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 Sentyabr 2021 00:00
195