Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobilin hava balonunda dərman preparatları aşkarlanıb

Avtomobilin hava balonunda dərman preparatları aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı avtomobilin altındakı hava balonunun içərisində, gömrük nəzarətindən gizlədilən 3000 kapsul, 1250 həb müxtəlif addadərman preparatları və 100 ədəd krem aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Sentyabr 2021 00:00
195