Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rəhbərlik

Qurbanov Nüsrət Qənbər oğlu
İNZİBATİ İDARƏETMƏNİN TƏŞKİLİ İDARƏSİNİN RƏİSİ
Gömrük xidməti polkovniki
+99412 404-22-42
+99412 404-22-51
nusret.qurbanov@customs.gov.az
Photo
Məlumat
Qəbul günləri: Hər həftənin cümə axşamı

15 aprel 1958-ci ildə anadan olmuşdur.

1980-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir.

1980-ci ildən 1999-cu ilədək müxtəlif dövlət orqanlarında çalışmışdır.

03.08.1999-cu il tarixdən gömrük orqanlarında xidmət göstərir.

Həmin tarixdən 2001-ci ilədək Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsində inspektor, 2011-ci ilədək həmin idarədə şöbə rəisi, 2017-ci ilədək idarə rəisi vəzifələrində, 2018-ci ilin may ayınadək Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin müavini vəzifəsində çalışmışdır.

21.05.2018-ci il tarixdə Komitənin İşlər İdarəsinin rəisi vəzifəsinə keçirilmişdir.

"Dövlət qulluğunda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 Illiyi (1992-2012)" yubiley medalı, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" yubiley medalı, "Gömrük orqanlarında xidmətə görə" 2-ci və 3-cü dərəcəli döş nişanları, "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" və "Gömrük xidməti əlaçısı" döş nişanları ilə təltif olunmuşdur.

Evlidir,  bir övladı var.

195