Rəhbərlik

Məlumat
İsayev Xəzər Ağali oğlu 01 fevral 1963-cü ildə Ağdaş şəhərində, müəllim ailəsində anadan olmuşdur.
1984-cü ildə S.M. Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu,
1993-cü ildə M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirmişdir.
1984-1990 Ordu Sıralarında xidmət edib.
1991-1998 Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət edib.
1998-2000 Gömrük Komitəsi sədrinin yanında inspeksiya şəbəsinin inspektoru işləyib.
1999-2000 Dövlət Gömrük Komitəsi İşlər İdarəsinin böyük inspektoru vəzifəsində işləyib.
2000- h/h İdman-Sağlamlıq Mərkəzinin baş direktoru vəzifəsində işləyir.
İdman nəticələri aşağıdakılardır:
SSRİ məktəblilərinin spartakiadasının gümüş mükafatcısı
SSRİ birinciliyinin qalibi (1979, 1980, 1986-1987-ci illər)
SSRİ Silahlı qüvvələrinin çempionu (1978-1979-cu illərdə gənclər, 1980-cı illərdə isə kişilər arasında)
"Xoş məramlı oyunlar" -ın ( İgrı dobroy voli) gümüş mükafatçısı (1986-cı il)
Avropa çempionu (1986, 1987-ci illər)
Dünya çempionu (1986-cı il), dünya çempionatının gümüş mükafatçısı (1987-ci il)
dünya kubokunun sahibi (1987-ci il)
SSRİ kubokunun sahibi (1985-ci il)
keçirilən SSRİ xalqlarının spartakiadasının gümüş mükafatçısı (1992-ci il)
Əldə etdiyi nailiyyətlərə görə aşağıdakı fəxri adlara və mükafatlara layiq görülmüşdür:
Şöhrət ordeni
Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi
Azərbaycan Respublikası DGK-nın 20 illiyi (1992-2012) münasibəti ilə Azərbaycan Respublikası Yubiley medalı
SSRİ-nin Əməkdar İdman Ustası
Azərbaycanın əməkdar məşqçisi
Azərbaycan SSRİ-i Ali Sovetinin Fəxri Fərmanı (1986)
1992-ci ildən Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, 1997-ci ildən isə MOK-un vitse-prezidentidir.
Ailəlidir, 2 övladı var.