Rəhbərlik

Məlumat
1962-ci il oktyabrın 11-də Bakı şəhərində anadan olmuşdur.
1979-cu ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1985-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1985-1986-cı illərdə Semaşko adına 1 saylı Bakı Şəhər Klinik Xəstəxanasında terapevt ixtisası üzrə internatura keçmişdir.
1987-ci ilin aprel ayından 1994-cü ilin iyun ayınadək Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında səyyar həkim, 1994-cü ilin iyun ayından 1996-cı ilin aprel ayınadək Relief International Amerika beynəlxalq humanitar təşkilatında həkim-əlaqələndirici, 1996-cı ilin may ayından 1998-ci ilin may ayınadək UMCOR Amerika beynəlxalq təşkilatının tibbi direktoru vəzifələrində işləmişdir.
1998-1999-cu illərdə Amerika Birləşmiş Ştatlarının Nyu-York Universitetinin Vaqner adına İctimai Xidmət Məktəbində magistr proqramını bitirib səhiyyədə siyasət və idarəetmə üzrə magistr dərəcəsi almışdır.
1999-cu ilin oktyabr ayından 2007-ci ilin may ayınadək Amerika International Health Alliance (AIHA) Amerika beynəlxalq təşkilatının Azərbaycan Respublikasında ölkə üzrə direktoru vəzifəsində işləmişdir.
Azərbaycan Tibb Universitetinin Sosial gigiyena və səhiyyənin təşkili və Uşaq xəstəlikləri II kafedralarının bazasında icra edilmiş elmi işini 2011-ci ildə ATU-nun Dissertasiya Şurasında müdafiə etmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 iyul 2011-ci il tarixli qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
2007-ci ilin may ayından 2018-ci ilin iyun ayına qədər Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru vəzifəsində işləmişdir.
Səhiyyə Nazirliyinin 188-S saylı 10 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif olunmuşdur.
Dövlət Gömrük Komitəsinin 100/675Ş saylı 08 iyun 2018-ci il tarixli əmri ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2018-ci il tarixli sərəncamı ilə "Əməkdar həkim" fəxri adı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 Yanvar 2020-ci il tarixli sərəncamı ilə "Tibb xidməti general-mayoru" ali xüsusi rütbəsi verilmişdir.