Aparatın strukturu
Ələkbərov İsmayıl Ağaqulu oğlu
Ələkbərov İsmayıl Ağaqulu oğlu
Baş Gömrük Mühafizə Xidməti rəisi, Gömrük xidməti general-mayoru

6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. 1967-1973-cü illərdə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu fizika müəllimi ixtisası üzrə təhsil almışdır.
Müxtəlif Dövlət idarələrində, eləcə də Elmlər Akademiyasının fizika institutunda laborant, Bakı tibb peşə məktəbində müəllim, məktəbin müdiri, 12 Dekabr 1996-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kadrlar İdarəsində bölmə rəisi ,31 İyul 1997-ci ilDövlət Gömrük Komitəsinin Tədris Mərkəzinin rəisi , 13 Sentyabr 2013-cü ildə Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyasının rəisi vəzifələrində çalışmışdır.
31 Oktyabr 2018-ci ildən Komitənin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 31.01.2008-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, "Gömrük Orqanlarında Xidmətə Görə" 3-cü dərəcəli döş nişanı, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" yubiley medalı, "Gömrük Orqanlarında Xidmətə Görə" 2-cü dərəcəli döş nişanı, "Gömrük Xidməti Əlaçısı" döş nişanı və "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" yubiley medalı ilə təltif olunmuşdur.

Ailəlidir. İki övladı var.

Telefon:
012 440 94 87

Email:
ismayil.elekberov@customs.gov.az