Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rəhbərlik

Osmanov İlkin Arzuman oğlu
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ KİNOLOJİ MƏRKƏZİNİN RƏİSİ
Gömrük xidməti polkovniki
+99412 448-29-26
ilkin.osmanov@customs.gov.az
Photo
Məlumat

Osmanov İlkin Arzuman oğlu 11 sentyabr 1981 – ci ildə Gürcüstan Respublikası Tiflis şəhərində anadan olmuşdur.

1996-cı ildə Bakı Plan İqtisad Texnikumunun Gömrükxana işi fakültəsinə qəbul olmuş, 1999-cu ildə bitirmişdir. Həmin ildə Azərbaycan Beynəlxalq Universitetinin Gömrük İşinin Təşkili fakültəsinə daxil olmuş və 2003-cü ildə həmin Universiteti bitirmişdir.

2003-2004-cü illərdə ordu sıralarında xidmət edib.

2006-cı ildən Dövlət Gömrük Komitəsinin müxtəlif vəzifələrində çalışmış, 2009-cu ildən Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisidir.

Əldə etdiyi nailiyyətlərə görə aşağıdakı fəxri adlara və mükafatlara layiq görülmüşdür:

  • "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20illiyi (1992-2012)" münasibətilə Azərbaycan Respublikası Yubiley medalı;
  • "Dövlət Qulluğunda Fərqlənməyə görə medal"la təltif olunmuşdur;

Ailəlidir, 2 övladı var.

195