Aparatın strukturu
Məsum Rəsulov Eynalı oğlu
Məsum Rəsulov Eynalı oğlu
Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, Gömrük xidməti general-mayoru

Rəsulov Məsum Eynalı oğlu 1974-cü ilin iyun ayının 21-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur.

1980-ci ildə 2 saylı Nehrəm kənd məktəbini birinci sinfinə getmiş, 1990-cı ildə həmin məktəbi bitirmişdir. 1992-cı ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış 1996-cı ildə ordu sıralarından təxris olunmuşdur.

1 sentyabr 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olaraq 2002-ci ildə həmin fakültəni "hüquqşünas" ixtisası üzrə bitirmişdir.

26 iyun 1998-ci ildə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunmuşdur. 2006-ci ilin iyun-sentyabr aylarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olmuşdur.

9 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlamışdır.

29.05.2018-ci il tarixindən Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində və hal-hazırda Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2010-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2012-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" yubiley medalı, 30.01.2017-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" yubiley medalı ilə və Azərbaycan Respublikası Prezidentinin 29.01.2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Ailəlidir. Dörd övladı var.


Telefon:
+994 12 404-22-77

Fax:
+994 12 404-22-80

Qəbul günləri:
hər həftənin cümə axşamı